Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 393 ABŞ dollarına yaxın səviyyədə ticarət olunur.
“APA-Economics” xəbər verir ki, 13 avqust tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə sentyabr fyuçerslərinin qiyməti 392,6 dollar təşkil edib, bu da əvvəlki hesablama qiyməti (389,7 dollar) ilə müqayisədə 0,8% çoxdur.
Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.