ain.az bildirir, Kulis.az saytına əsaslanaraq.
Türkiyənin Ankara şəhərində "Cumhurbaşkanlığı Millət Kitabxanası"nda açılan "Arxeologiyanın Qızıl Çağı" sərgisində 485 əsər ilk dəfə ictimaiyyətə təqdim olunur.
Kulis.az xəbər verir ki, sərginin diqqətçəkən nümunələrindən biri, 18 mart 1915-ci ildə Dardanos Tabyasında şəhid olmuş Hüseyn oğlu Halim Əfəndiyə aid bərpa edilmiş məzar daşıdır.
"Kültür Varlıqları və Muzeylər Baş İdarəsi"nin baş direktor müavini Bülent Gönültaş bildirib ki, "Türk-İslam dövrü məzar daşları" ilə bağlı böyük layihə həyata keçirilir və 6 il ərzində bütün ölkəni əhatə edəcək.
Qeyd edək ki, layihə çərçivəsində məzar daşları oxunacaq, sənədləşdiriləcək, bərpa ediləcək və rəqəmsal arxiv yaradılacaq.
Məşhur musiqiçi dünyasını dəyişdi
Cahangir Novruzov: "Bu şərtlərimi qəbul edərlərsə, Azərbaycana qayıdaram..." - Müsahibə
Qandinin portreti rekord qiymətə satıldı
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.