Bu ilin I yarısında Azərbaycan bankları “Bloomberg” ticarət sistemində banklar ümumi dəyəri 41,4 milyard manat olan 2 148 ədəd təminatsız əqd bağlayıb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının "Pul siyasət icmalı"nda bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 26,2 % və 54,6 % çoxdur.
Hesabat dövründə bu əməliyyatların məbləğ olaraq 95 %-i 1-3 günlük olub.