AZ

Naxçıvanda sahibkarlara verilən güzəştli kreditlərin məbləği 3,4 dəfə artıb

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Naxçıvan, 13 avqust, AZƏRTAC

Cari ilin yanvar-iyul ayları ərzində Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kreditlə təmin edilən sahibkarlıq subyektlərinin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,9 dəfə artaraq 97-yə çatıb.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, maliyyələşdirilmiş güzəştli kreditlərin məbləği isə 3,4 dəfə artaraq 8,2 milyon manat təşkil edib.

Fond tərəfindən verilmiş ümumi güzəştli kredit məbləğinin 68,0 faizi sənaye, 20,3 faizi kənd təsərrüfatı məhsullarının istehsalı, 11,7 faizi xidmət sahələrinə yönəldilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
34
6
azertag.az

7Mənbələr