AZ

ABŞ-ın dövlət borcu tarixdə ilk dəfə 37 trilyon dolları ötdü

ABŞ-ın dövlət borcu ilk dəfə 37 trilyon dollara çatıb.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin yenilənmiş məlumatlarında göstərilib.

Avqustun 11-də ABŞ-ın dövlət borcunun dinamikasını göstərən qrafiki yenilənib. Beləliklə, Amerika borcunun həcmi 37 004 817 625 842,56 dollardır.

ABŞ Konqresinin Birgə İqtisadiyyat Komitəsi cari orta gündəlik artım tempi ilə 2026-cı ilin fevralında daha 1 trilyon dollar borcun əlavə olunacağını proqnozlaşdırır.

Vaşinqton dövlət istiqrazlarını buraxaraq borc alır. Onlar ABŞ Xəzinədarlığı tərəfindən verilir. İstiqrazlar ölkənin birjalarında satılır, ona görə də hər kəs onları ala bilər və bununla da ABŞ xəzinədarlığına dəstək olur.

Seçilən
5
publika.az

1Mənbələr