Müğənni Fədayə Laçın qonaq olduğu verilişlərdən birində musiqiçilərdən narazı qalıb.
Bu barədə o, sosial media hesabında yazıb. Fədayə onu düzgün müşayiət etməyən musiqiçilərə iradını belə bildirib:
"Utandım musiqiçilərə deyim ki, çalmayın, qurban olum, mane olmayın. Allah eləyə özləri bu paylaşımı görməyələr. Qəlblərinə dəyər. Amma qəlbləri yoxdur axı". (Axşam.az)