AZ

“PAŞA Bank” gənc istedadların inkişafına dəstək verir

Bakı. Trend:

Sosial məsuliyyətli korporativ vətəndaş kimi “PAŞA Bank”Azərbaycan-Fransa Ticarət Palatası və “Teach for Azerbaijan”təşkilatı ilə birgə “Gənc yazıçılar” adlı sosial layihəyə startverib.

1 avqust 2025-ci ildən icrasına başlanan layihə həssas qruplaraaid uşaqların hekayəçilik və özünüifadə bacarıqlarını inkişafetdirməyi hədəfləyir. “Təmiz Dünya” sığınacağında yaşayan 30 uşağayaradıcılıq qabiliyyətlərini üzə çıxarmaq, düşüncə və hisslərinisərbəst ifadə etmək üçün təhlükəsiz və dəstəkverici mühityaradılır.

Proqram çərçivəsində yazı seminarları və nağıl terapiyasısessiyaları, emosional intellekt və incəsənət terapiyasıfəaliyyətləri, uşaqların hekayələrinin peşəkar redaktəsi,tərcüməsi, illüstrasiyası və nəşri nəzərdə tutulur.

İki ay davam edəcək təlimlərdən sonra bir ay ərzində hekayətoplusu hazırlanacaq və xüsusi dizayn edilmiş kitab şəklində çapedilərək kənd yerlərindəki uşaq bağçalarına hədiyyə ediləcək. Bukitab ölkənin müxtəlif bölgələrindəki uşaqlar üçün ilham mənbəyinəçevriləcək.

“PAŞA Bank” üçün uşaqların yaradıcılıq potensialını üzəçıxarmaq, özünəinamlarını gücləndirmək və gələcəyə ümidlərinimöhkəmləndirmək korporativ sosial məsuliyyət strategiyasının mühümistiqamətidir. Bank bu sahədə fəaliyyətini davam etdirməkniyyətindədir.

Məqalədə:
Seçilən
13
5
az.trend.az

6Mənbələr