AZ

“Qarabağ”la matç bizim üçün məyusedici ola bilər”

“Ferentsvaroş”un baş məşqçisi Robbi Kin Çempionlar Liqasının pley-off mərhələsi barədə danışıb.

İdmanxeber.az-ın məlumatına görə, mütəxəssis “Qarabağ”a qarşı keçiriləcək oyunlar öncəsi fikirlərini bildirib:

“Bu anlardan həzz almalısan. Çünki növbəti matç bizim üçün məyusedici ola bilər. Məncə, komanda bu sevincə layiqdir, xüsusən də ikinci hissədəki oyuna görə. Azarkeşləri də qeyd etməliyəm. Onların bizə enerji verdiyini hiss etdik. Sadəcə, növbəti görüşə fokuslanmışam. Amma oyunçulara dedim ki, bu himni dəfələrlə dinləmək istəyirsinizsə, masaya nə qoymalı olduğunuzu bilməlisiniz. Bu səviyyədə təhlükənin nə olduğunu hər kəs çox yaxşı bilir. Mən Çempionlar Liqasında oynamışam, bunun nə olduğunu bilirəm. Futbolçularımın da bunu hiss etmələrini istəyirəm”.

Qeyd edək ki, “Qarabağ” bu rəqibə qarşı ilk oyununu avqustun 19-da səfərdə, cavab matçını isə 27-də evdə keçirəcək.

Seçilən
58
10
idmanxeber.az

10Mənbələr