AFFA tərəfindən məşqçilər üçün UEFA B kateqoriyalı məşqçi kursunun I mərhələsi start götürüb.

Offsideplus.az xəbər verir ki, dörd gün davam edəcək məşğələlər AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində keçirilir. Məşqçi kursuna təlimatçılar Aslan Kərimov, Osman Rəhimov və Arif Əsədov rəhbərlik edirlər.

Qeyd edək ki, məşqçi kursunun II modulu 8-11 sentyabr tarixlərində baş tutacaq.