AZ

Vigen Avetis: Rusiyanın əlaltısı II Qaregin sülh istəmir

BAKI, 13 avqust. TELEQRAF

“Bütün ermənilərin katolikosu Rusiyanın adamıdır, buna görə də sülh istəmir”.

Teleqraf xəbər verir ki, bunu erməni heykəltəraş Vigen Avetis deyib.

Heykəltəraş Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişi və yolların açılması üzrə əldə edilmiş razılaşmaların katolikosu məmnun etmədiyini bildirib:

“Hətta Roma Papası (XIV Leo) da bunu alqışladı, amma II Qareqin bunu qəbul etməyib. Çünki rusiyayönlüdür. Xalq belələrinə kimlərinsə əlaltıları kimi baxmalıdır”.

Rusiyaya gəlincə, V.Avetis qeyd edib ki, Moskva həmişə bölgədə gərginliyin olmasını istəyib və istəyir: “Çünki Rusiya müharibədən qazanır. Ona görə də, bütün bunlara qarşı çıxanlar və tənqid edənlər Rusiyadan əmr alırlar və bunu yerinə yetirməyə çalışırlar”.

Heykəltəraş əlavə edib ki, artıq Azərbaycan və Ermənistan arasında müharibə yox, sülh olacaq.

Seçilən
84
31
teleqraf.com

10Mənbələr