AZ

FERMERLƏR SU AXTARIR, İDARƏ İSƏ SUSUR

Beyləqan rayonunun Bünyətli kəndində suvarma ilə bağlı ciddi problemlər yaşanır.

Pozan TV-yə daxil olan şikayətdə fermer Etiram Kərimov bildirir ki, ikinci əkin olaraq 8,6 hektar sahədə maş, lobyası əkib və sonuncu dəfə sahəsini iyunun 10-da suvarıb. Lakin sonrakı müddətdə bütün aqrotexniki qaydalara əməl olunmasına baxmayaraq, suvarma mümkün olmayıb.

Fermerin sözlərinə görə, problemin 20-30 faizi havaların həddindən artıq isti keçməsi ilə bağlı olsa da, əsas səbəb Beyləqan Suvarma İdarəsinin fəaliyyətsizliyində, səriştəsizliyində və təsərrüfatlara məsuliyyətsiz yanaşmasındadır.

Şikayətçi qeyd edib ki, idarədə çalışanlar sahənin mahiyyətindən xəbərsizdir, növbəli su sistemi demək olar yoxdur. Suvarma suyu fermerlərə nəzərdə tutlandan artıq pul qarşılığında satılır, edilən müraciətlərə isə cavab vermirlər. Ötən il hektara 8 manat olan suvarma haqqı izahsız şəkildə 15 manata qaldırılıb, müqavilələr bağlanmır, su isə vaxtında verilmir.

Etiram Kərimov deyir ki, susuzluqdan lobya kolları yanıb, yarpaqları tökülüb:
“Beyləqan böyük aqrar rayondur, kənd camaatı torpaqda işləməyə hazırdır. Amma Suvarma İdarəsinin bu məsuliyyətsiz siyasəti davam edərsə, bizim əziyyətimiz puç olacaq!”

Məsələ ilə bağlı Beyləqan Suvarma Sistemləri İdarəsinin rəisi Zahid Sadıqova ünvanladığımız suala heç bir cavab verilmədi.



Xəbər 5 dəfə oxunub.
Seçilən
41
xezernews.az

1Mənbələr