AZ

“Google”a “Chrome” üçün 34,5 milyard dollar təklif edildi


Amerikanın süni intellekt üzrə ixtisaslaşan “Perplexity” şirkəti “Google”a “Chrome” brauzerini 34,5 milyard dollara satmağı təklif edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti məlumat verib.
Nəşrin məlumatına görə, təklifin məbləği 18 milyard dollar dəyərində qiymətləndirilən “Perplexity”nin özünün bazar dəyərindən təxminən iki dəfə çoxdur.
Şirkət alışı maliyyələşdirmək istəyən bir sıra investorların dəstəyini aldığını bildirib.
Təklif ABŞ məhkəməsinin “Google”un internet axtarışında inhisarını zəiflətmək üçün brauzeri satmaq variantı ilə bağlı işə baxdığı bir vaxtda daxil olub.
Ancaq “Google” “Chrome”u satmaq ideyasını rədd edir. Şirkətin bildirdiyinə görə, bu, korporasiyanın biznesinə xələl gətirə, yeni texnologiyaların inkişafını məhdudlaşdıra və kibertəhlükəsizlik risklərini artıra bilər.
Seçilən
23
2
yeniavaz.com

8Mənbələr