AZ

AYNA ictimai nəqliyyatda qadın sürücülərin hazırlanmasına başlayıb

İctimai nəqliyyatda qadın sürücülərin iştirakını artırmaq məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yeni təlim proqramına start verib.

Doğru.az xəbər verir ki, proqram çərçivəsində namizədlər avtobus sürücüsü kimi peşəkar fəaliyyətə başlamaq üçün nəzəri və praktiki hazırlıq keçirlər. Təlimlər sürücülük bacarıqları ilə yanaşı, etik davranış, ünsiyyət mədəniyyəti, təhlükəsizlik və əlilliyi olan şəxslərlə düzgün davranış qaydalarını da əhatə edir. Məqsəd təhlükəsiz, nəzakətli və peşəkar qadın sürücülər yetişdirməkdir.

Məşğələlər baxış texnikası, manevretmə, dayanma-durma qaydaları, mürəkkəb yol şəraitində idarəetmə, arxa və ön parketmə, slalom hərəkətləri, dönmə trayektoriyalarının seçilməsi və təhlükəsiz ara məsafəsinin qorunması üzrə keçirilir. Sürücülərə həmçinin qəza risklərini minimuma endirəcək bacarıqlar aşılanır.

Təlimlərin sonunda iştirakçılar xüsusi hazırlanmış marşrutlar üzrə sərbəst idarəetmə sınaqlarından keçərək nəzəri biliklərini və praktiki bacarıqlarını nümayiş etdirirlər.

DOĞRU.AZ

Seçilən
64
1
dogru.az

10Mənbələr