AZ

Saray körpüsünə görə 5 min abonent qazsız qalacaq

Sumqayıtda Saray körpüsünün ətrafının genişləndirilməsi ilə əlaqədar sabah təqribən beş min abonentə təbii qazın verilişində fasilə yaranacaq.

Bizim.Media xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin Sumqayıt Qaz İstimarı Sahəsindən məlumat verilib.

Bildirilib ki, avqustun 14-ü saat 10:00-dan etibarən, "Saray bağları" massivi, "Qurd dərəsi" və 52-ci məhəllə ərazilərində yaşayan beş minə yaxın abonentin qaz təchizatı dayandırılacaq.

Məhdudiyyət işlər yekunlaşana qədər davam edəcək.

Bizim.Media

Seçilən
36
34
bizim.media

10Mənbələr