AZ

Sabah Sumqayıtda 5 min abonentin qazı kəsiləcək » AzadMedia.az


Sumqayıtda Saray körpüsünün ətrafının genişləndirilməsi ilə əlaqədar sabah təqribən 5 min abonentə təbii qazın verilişində fasilə yaranacaq.

Bu barədə  “Azəriqaz” İB Sumqayıt QİS  məlumat yayıb.

Qeyd olunub ki, avqustun 14-ü saat 10:00-dan etibarən, “Saray bağları” massivi, “Qurd dərəsi” və 52-ci məhəllə ərazilərində yaşayan 5 minə yaxın abonentin qaz təchizatı dayandırılacaq.

Məhdudiyyət işlər yekunlaşana qədər davam edəcək.
Seçilən
52
34
azadmedia.az

10Mənbələr