AZ

“Elbit Systems” İsrail Müdafiə Qüvvələrini qabaqcıl aviasiya sursatları ilə təmin edəcək

“Elbit Systems” şirkəti İsrail Müdafiə Nazirliyinə qabaqcıl aviasiya sursatları tədarük edəcək.

“Poliqon” “Elbit Systems”ə istiadən xəbər verir ki, bunun üçün şirkət ümumi dəyəri təxminən 260 milyon ABŞ dolları olan iki müqavilə imzalayıb.

“Biz İsrail Müdafiə Nazirliyini İsrail Müdafiə Qüvvələrinin əməliyyat hazırlığını artıran qabaqcıl həllərlə dəstəkləməyə davam edirik. Bu yeni müqavilələr İsrail Müdafiə Qüvvələrinin inkişaf edən ehtiyaclarını qarşılayan müasir texnologiyaları təqdim etmək öhdəliyimizi vurğulayır. İnkişaf etdirilmiş yeni yeni məhsullar “Elbit Systems”in artan qabaqcıl həllər portfelinə qoşulur və mən inanıram ki, yeni yaranan əməliyyat ehtiyaclarına uyğunluğu nəzərə alınaraq, onlar bütün dünyada orduların marağına səbəb olacaq”, – deyə “Elbit Systems”in prezidenti və baş direktoru Bezhalel Machlis bildirib.

Seçilən
13
poliqon.az

1Mənbələr