AZ

DİQQƏT! - Sabah saat 10-dan 5 min abonentin QAZI KƏSİLƏCƏK

Sumqayıtda Saray körpüsünün ətrafının genişləndirilməsi ilə əlaqədar sabah təqribən 5 min abonentə təbii qazın verilişində fasilə yaranacaq.

Far.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İB Sumqayıt QİS-dən məlumat verilib.

Qeyd olunub ki, avqustun 14-ü saat 10:00-dan etibarən, "Saray bağları" massivi, "Qurd dərəsi" və 52-ci məhəllə ərazilərində yaşayan 5 minə yaxın abonentin qaz təchizatı dayandırılacaq.

Məhdudiyyət işlər yekunlaşana qədər davam edəcək.

Seçilən
11
34
far.az

10Mənbələr