AZ

Moldova 443 TikTok kanalını bloklayacaq

ain.az, Bakivaxti saytına istinadən bildirir.

Moldova hakimiyyəti dövlət qurumları və hakim "Fəaliyyət və Həmrəylik Partiyası" haqqında yalan məlumat yaymaqda ittiham edilən 443 "TikTok" kanalını bloklayıb.

Bakıvaxtı.az "DHA"ya istinadən xəbər verir ki, 97 kanal hakim partiyanın siyasəti ilə bağlı dezinformasiya yayıb, 128 kanal ictimai xadimlərə qarşı informasiya hücumlarında iştirak edib.

Bildirilib ki, bu cür sorğular əsasında artıq 160-dan çox kanal bloklanıb.

Ölkə hakimiyyətinin narahatlığına səbəb olan mövzular arasında Ukraynadakı vəziyyət və Moldovada keçiriləcək parlament seçkiləri də var. Məlumata görə, 443 kanalın auditoriyası 1,2 milyon abunəçini ötüb. Bütün kanallar üzrə baxışların ümumi sayı 4,5 milyonu ötüb.

Moldova hakimiyyətinin sorğuları əsasında artıq 160-dan çox kanal bloklanıb.

Gülşən Şərif

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
1
bakivaxti.az

2Mənbələr