AZ

Bu şəxslərdən maaşının beş mislinin 25 faizi miqdarında məcburi sosial sığorta haqqı tutulacaq

ain.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vergi Məcəlləsində xüsusi icra məmurlarının fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınması, xüsusi icra məmurlarının fəaliyyətinə görə bir ay ərzində aldıqları icra haqlarının (xərclər nəzərə alınmadan) vergitutma obyekti hesab edilməsi və əldə etdikləri icra haqlarının qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirə aid ediləcək.

Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Mülki Prosessual Məcəlləyə, Mülki Məcəlləyə, Vergi Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsinə, Cəzaların İcrası Məcəlləsinə, Rəqabət Məcəlləsinə, "Sosial sığorta haqqında", "Polis haqqında", "Tibbi sığorta haqqında", "Notariat haqqında", "İcra məmurları haqqında", "İcra haqqında", "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında", "İnzibati icraat haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Nağdsız hesablaşmalar haqqında" və "Siyasi partiyalar haqqında" qanunlara təklif edilən dəyişiklikləri təsdiqləyib.

Belə ki, xüsusi icra məmurlarının gəlir vergisinin ödəyicisi hesab edilməsi, vergitutma obyektindən 10 faiz dərəcə ilə vergi tutulması, hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq onlara ödənilən icra haqlarına münasibətdə bəyannamə vermək öhdəliyi nəzərdə tutulacaq.

"Sosial sığorta haqqında" Qanunda xüsusi icra məmurlarının da məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin siyahısına əlavə edilməsi, onlardan minumum aylıq əməkhaqqının beş mislinin 25 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı tutulacaq.

Həmçinin "Tibbi sığorta haqqında" Qanuna da dəyişiklik edilərək, xüsusi icra məmurlarının sığortalı qismində çıxış edən şəxslərin siyahısına əlavə edilməsi nəzərdə tutulacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
49
18
sherg.az

10Mənbələr