Rusiya Prezidenti Vladimir Putinin Valdaydakı iqamətgahı “Pantsir” hava hücumundan müdafiə sistemlərinin yerləşdirildiyi 12 qüllə ilə əhatələnib.
Herbiand.az Axar.az -a istinadla məlumat verir ki, Valday ətrafındakı qüllələr barədə məlumatları 2024-cü ildən toplamağa başlayıb.
Məlumata görə, Putinin iqamətgahının ətrafındakı “Pantsir” qüvvələri 20 milyondan çox əhalinin yaşadığı Moskvadakı HHM qüllələrinin sayından cəmi 5 dəfə azdır.
Qeyd edək ki, Vladimir Putinin Valdaydakı iqamətgahında arvadı Alina Kabayeva və iki oğlu yaşayır.