AZ

“Tottenhem” səfərdə iki cavabsız qolla qalib gəldi

İngiltərə Premyer Liqasının 17-ci turda “Nottingem Forest”“Tottenhem Hotspur”u qəbul edib. SİA xəbər verir ki, birinci hissənin sonunda “Tottenhem”in hücumçusu Rişarlison hesabı açıb. OnaKuluşevski kömək edib. 65-ci dəqiqədə isə Kuluşevski özü fərqlənib.

Bissumanın 70-ci dəqiqədə qırmızı vərəqə alaraq komandasını azlıqda qoymasına baxmayaraq qonaqlar qələbə hesabını sonadək qorumağı bacarıblar - 2:0.

Hazırda “Tottenham” turnir cədvəlində beşinci yerdədir. Komanda 17 oyundan 33 xal toplayıb. “Nottingem Forest” isə 14 xalla 16-cıdır.

Seçilən
619
1
sia.az

10Mənbələr