AZ

"Qarabağ" bu mövsüm Çempionlar Liqasında ən çox qol vuran komandalar arasında yer alır

Bakı. Trend:

Bu mövsüm UEFA Çempionlar Liqasında (ÇL) ən çox qol vurankomandalarının siyahısı açıqlanıb.

Trend xarici KİV-lərəistinadən xəbər verir ki, turnirə II təsnifat mərhələsindənbaşlayan “Qarabağ” ilk “üçlük”də qərarlaşıb.

Qurban Qurbanovun komandası bu mövsüm ÇL-də keçirdiyi 4 oyundavurduğu 10 qolla Polşanın “Lex” və Serbiyanın “Srvena Zvezda”klubları ilə birlikdə 2-4-cü yerləri bölüşdürür. Siyahıya 6qarşılaşmada 11 dəfə rəqib qapısına yol tapan İsveçin “Malmö”komandası başçılıq edir.

Reytinqdə ilk “beşliy”i Azərbaycan çempionunun pley-offmərhələsindəki rəqibi “Ferensvaroş” tamamlayır. Macarıstantəmsilçisi 4 görüşdə 9 qolla yadda qalıb.

İlk “onluq”da, həmçinin Danimarkanın “Kopenhagen” (4 oyun, 8qol), Qazaxıstanın “Kayrat” (6 oyun, 7 qol), Slovakiyanın “Slovan”və Şotlandiyanın “Reyncers” (hər ikisi 4 oyun, 7 qol) kollektivləriyer alır.

Xatırladaq ki, "Qarabağ" III təsnifat mərhələsində ŞimaliMakedoniyanın "Şkendiya" komandasına iki oyunun nəticəsinə əsasən6:1 hesabı ilə qalib gələrək növbəti raunda vəsiqə qazanıb.

Məqalədə:
Seçilən
8
11
az.trend.az

10Mənbələr