AZ

Alyaska sammitində Lavrov da iştirak edəcək

Reyting.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov avqustun 15-də Alyaskada keçiriləcək Rusiya-Amerika sammitində iştirak edəcək.Reyting.az-ın məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin rəis müavini Aleksey Fadeyev Sergey Lavrovun cümə günü Alyaskada keçirilməsi planlaşdırılan tədbirdə iştirakını təsdiqləyib.Rusiya və Amerika prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş avqustun 15-də Alyaskanın Ankoric şəhərinin şimal kənarındakı Elmendorf-Rişardson hərbi bazasında planlaşdırılır. Söhbətin əsas məqsədi Ukrayna münaqişəsinə son qoymağın yollarını tapmaq olacaq. A. Fadeyev qeyd edib ki, görüş onlara "Ukrayna böhranından tutmuş normal, funksional ikitərəfli dialoqun qurulmasına maneələrə qədər" yığılmış bütün məsələləri müzakirə etməyə imkan verəcək.Onu da qeyd edək ki, bu, Putin və Trampın son 6 ildə ilk görüş olacaq.E. KAMAL

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
18
reyting.az

10Mənbələr