“Karvan-Yevlax” növbəti transferini həyata keçirib.
Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, Portuqaliya əsilli qapıçı Pedro Mateus ilə 1 illik müqavilə imzalanıb.
28 yaşlı futbolçu son olaraq Portuqaliyanın “Feyrense” klubunun formasını geyinib.
Pedro Mateus San-Tome və Prinsipi millisinin üzvüdür.