AZ

Şəmistan Əlizamanlı “Türkman marşı” ifa etdi -VİDEO

“Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyi “Türkman marşı”nı ictimaiyyətə təqdim edib.

Redaktor.az xəbər verir ki, Şəmistan Əlizamanlı musiqi əsərinin sözlərinin tanınmış kərküklü şair Sabah Karaaltına (1956-2006) məxsus olduğunu bildirib.

“Türkmənlar soykökü, qanı, dili, dini eyni olan can qardaşlarımızdır. İllərin həsrəti, ayrılığı bizi çox üzüb, indi şükürlər olsun ki, Azərbaycan və İraq münasibətləri elə səviyyəyə qalxıb ki, türkmən qardaşlarımızla əlaqələrimiz getdikcə genişlənir. Bu ilin martında Bakıda QHT-lərə Dövlət Dəstəyi Agentliyinin xətti ilə “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu keçirildi. Həmin forum mədəni əlaqələrimizin bərpası üçün böyük təkan oldu. Türkman irsinin yorulmaz tədqiqatçısı, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Qəzənfər Paşayev “İraq-türkman poeziya antologiyası”nı tərtib edib, həmin antologiyanın redaktoru da professor Sübhi Saatçıdır.

Həmin kitabda Sabah Karaaltının bir şeiri məni çox təsirləndirdi. Həmin şeirdə Təlafərdən, Məndəlidən bəhs olunur. Kitabda Qəzənfər Paşayev də izah verirdi ki, Təlafər İraqın Türkiyə sərhədində bir şəhərdir, Məndəli isə ölkənin lap cənubunda, İran sərhədinə yaxın bir türkman qəsəbəsidir. Türkmanlar bütün ölkə boyu bu iki məntəqə arasında məskunlaşıblar. Bu şeir mənə ilham verdi ki, onun musiqisini də bəstələyim. Nəticədə “Türkman marşı” ərsəyə gəldi. Düşünürəm ki, vaxtilə Kərkükün polis rəisi olan və sui-qəsd nəticəsində öldürülmüş polkovnik Sabah Karaaltının da ruhu sevinər. Mən bu musiqi əsərini əziz türkman qardaşlarımıza hədiyyə edirəm. Bu mahnıya klipin yaxın vaxtlarda Kərkükdə çəkilməsi planlaşdırılır”, - Ş.Əlizamanlı bildirib.

Qeyd edək ki, aranjimançısı Asif Kərimov, səs rejissoru Faiq Ələkbərov olan musiqi əsəri “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin keçirdiyi müsabiqədə qalib olan “Vətənpərvərlik mövzusunda yeni musiqi əsərinin hazırlanması” layihəsi çərçivəsində hazırlanıb.

Seçilən
6
9
redaktor.az

10Mənbələr