AZ

AZAL və “Gulf Air” arasında kod-şerinq razılaşması imzalanıb

Bakı. Trend:

“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Hava Yolları”(AZAL) və Bəhreyn Krallığının milli aviadaşıyıcısı “Gulf Air”marşrut şəbəkəsini genişləndirmək və sərnişinlərə daha çox səyahətimkanı yaratmaq məqsədilə kod-şerinq sazişini imzalayıb.

AZAL-dan Trend-ə verilən məlumata görə, sözügedəntərəfdaşlıq həm turizm, həm də işgüzar səfərlər üçün əlavə imkanlaryaradaraq Azərbaycan və Bəhreyn arasında biznes, mədəni və iqtisadiəlaqələrin daha da möhkəmlənməsinə töhfə verir.

Saziş sərnişinlərə daha geniş marşrut şəbəkəsindən faydalanmaq,aviabiletləri vahid əməliyyat sistemi çərçivəsində rahatlıqla əldəetmək və baqajlarını birbaşa son təyinat məntəqəsinə qədərqeydiyyatdan keçirmək imkanı təqdim edir.

“Bu saziş AZAL-ın qlobal marşrut şəbəkəsinin genişləndirilməsiistiqamətində mühüm bir mərhələdir. Yaxın Şərqin aparıcıaviadaşıyıcılarından biri olan “Gulf Air” ilə əməkdaşlığımızsərnişinlərə marşrut seçimlərini genişləndirməyə və səyahətimkanlarını daha rahat planlaşdırmağa, eyni zamanda ölkələrimizarasında strateji əlaqələri daha da möhkəmləndirməyə imkan verir”,– AZAL-ın Baş Kommersiya İnzibatçısı Cəmil Manizadə bildirib.

Uçuşlar haqqında əlavə məlumatı www.azal.az və www.gulfair.comrəsmi saytlarından əldə etmək mümkündür.

Məqalədə:
Seçilən
15
35
az.trend.az

7Mənbələr