AZ

Nəcməddin Sadıkov dindirilmək üçün Türkiyəyə aparılıb – Şok DETALLAR

44 günlük 2020-ci il İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Silahlı Qüvvələrinin o vaxtkı Baş Qərargah rəisi Nəcməddin Sadıkov “neytrallaşdırılıb” və Türkiyə xüsusi xidmət orqanları tərəfindən dindirilib.

KONKRET.az xəbər verir ki, bu barədə nüfuzlu “Middle East Eye” (MEE) qəzetinin müxbiri Rağıb Soylu diplomatik mənbələrə istinadən yazıb.

Məlumata görə, 44 günlük müharibə dövründə Ankara təkcə Azərbaycana döyüş PUA-ları, radioelektron mübarizə sistemləri və kəşfiyyat avadanlıqları göndərməklə kifayətlənməyib. Türkiyəli rəsmilər həmçinin Azərbaycan ordusunun sıralarında Rusiyameylli elementləri aşkar etməkdə də iştirak ediblər.

“Belə “elementlərdən” biri də o vaxt Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsində çalışan, Rusiyaya qarşı simpatiyasında şübhəli bilinən Nəcməddin Sadıkov idi.
Məsələ ilə tanış olan mənbə MEE-yə bildirib ki, Türkiyə hakimiyyəti müharibə günlərində onun deportasiyasını təşkil edərək Türkiyəyə aparılaraq dindirilib, yalnız bundan sonra Rusiyaya qayıtmasına icazə verilib”, — deyə Rağıb Soylu qeyd edib.

Seçilən
5
1
konkret.az

2Mənbələr