BAKI, 13 avqust. TELEQRAF
Bu ilin yanvar-iyul ayları ərzində Naxçıvanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə istehsal olunan məhsulların ixrac edilməsi məqsədilə 254 mənşə sertifikatı verilib.
Naxçıvan MR İqtisadiyyat Nazirliyindən Teleqraf-a verilən məlumata görə, bu ötən ilin eyni dövründə verilmiş 208 mənşə sertifikatı ilə müqayisədə 22,1 faiz çoxdur.
Hesabat dövründə verilmiş mənşə sertifikatlarından daxilolmalar 2024-cü ilin yanvar-iyul aylarının göstəricisinə nisbətdə 22,1 faiz artıb.