AZ

Azərbaycanın dinlərarası və məzhəblərarası modeli dünya üçün dəyərli örnəkdir - Allahşükür Paşazadə

Bakı. Trend:

Cənubi Afrika Respublikasının Keyptaun şəhərində səfərdə olanQafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam AllahşükürPaşazadə G20 Sammiti ərəfəsində keçirilən Dinlərarası Forumdaiştirak edir.

QMİ-nin mətbuat xidmətindən Trend-ə bildirilib ki, Forumun prezidenti KolDürhamın dəvəti ilə tədbirdə iştirak edən şeyxülislam tədbirçərçivəsində bir sıra görüşlər keçirib.

A.Paşazadə Doha Beynəlxalq Dinlərarası Dialoq Mərkəzinin sədriDr. İbrahim Salih əl-Nəimi ilə görüşüb. Görüşdə Əl-NəimiAzərbaycanın dinlərarası və məzhəblərarası modelini uğurlu və dünyaüçün dəyərli örnək kimi dəyərləndirib. O, Qarabağ Zəfərininmüsəlman dünyası üçün əhəmiyyətini vurğulayıb. A.PaşazadəAzərbaycan-Qətər əlaqələrinin, xüsusilə dini-mənəvi sahədəinkişafından məmnunluğunu ifadə edib və QMİ ilə Bakı BeynəlxalqMultikulturalizm Mərkəzinin Doha Dinlərarası Dialoq Mərkəzi iləəməkdaşlığı genişləndirmək niyyətində olduğunu bildirib.

Şeyxülislam, həmçinin BMT Baş Katibinin sabiq müavini,Soyqırımları ilə Mübarizə üzrə keçmiş Ali Komissar, hazırdaMüsəlman Ağsaqqalları Şurası (MAŞ) Baş Katibinin müşaviri AdamaDienq və MAŞ Baş Katibinin məsləhətçisi Məhəmməd Bəhr ilə görüşüb.Həmsöhbətlər Azərbaycan multikulturalizmini dəyərli təcrübə kimiqiymətləndirərək, bu modelin qürur duyulası olduğunu qeyd ediblər,Bəhreyndə keçirilən İslamdaxili dialoqa dair Yekun Sənəddə məhzAzərbaycanın uğurlu məzhəblərarası anlaşma modelinin yer aldığınıvurğulayıblar.

Görüşdə Azərbaycanda sünnilərlə şiələrin eyni məsciddə namazqılması və azanların eyni vaxtda verilməsi böyük nailiyyət kimidəyərləndirilib. A.Dienq Azərbaycanın Qarabağ Zəfərindən sonraölkəyə təşrif buyurduğunu və bu reallıqları şəxsən müşahidəetdiyini söyləyib.

A.Paşazadə Forumda iştirak edən Özbəkistan nümayəndə heyəti ilədə görüşüb. Özbəkistan Prezidentinin ictimai-siyasi inkişaf üzrəmüşaviri Ruslanbek Davletov və Beynəlxalq İslam Akademiyasınınrektoru Muzaffar Kamilovla görüşdə Azərbaycan-Özbəkistandini-mənəvi əlaqələrinin dərinləşməsi və perspektivlər müzakirəolunub. Həmsöhbətlər qardaş xalqlar arasında tarixi bağları, ortaqdəyərləri və dövlətlərarası səmimi münasibətləri yüksəkqiymətləndiriblər.

ABŞ Dövlət Departamentinin Dini Azadlıqlar Komissiyasınınkomissarı Məhəmməd Elsanusi ilə görüşdə Azərbaycanla Ermənistanarasında sülhün əldə olunmasında ABŞ-ın, xüsusilə Prezident DonaldTrampın rolu müzakirə edilib. Elsanusi Azərbaycanın dinlərarasıdialoq və əməkdaşlıq sahəsində fəal iştirakını, o cümlədən Bakıdakeçirilən Dini Liderlərin II Sammiti və BMT SivilizasiyalarAlyansının Qlobal Forumundakı iştirakını vurğulayıb. Azərbaycandakıdini konfessiyaların ABŞ səfəri və Dini Azadlıqlar Komissiyası iləəməkdaşlıq perspektivləri də müzakirə olunub. Şeyxülislam isə diniazadlıqlar barədə hesabatların Azərbaycanın reallıqlarınaəsaslanmasının vacibliyini qeyd edib.

Qeyd edək ki, G20 Dinlərarası Forumu işini davam etdirir.

Məqalədə:
Seçilən
79
3
az.trend.az

4Mənbələr