Din Henderson qeyri-adi addımı ilə diqqəti cəlb edib.
"Football-plus.az" xəbər verir ki, o, azarkeşləri sevindirib. Necə?
“Kristal Pelas”ın qapıçısı İngiltərə Superkuboku matçından sonra azarkeşləri içkiyə qonaq edib. Onun komandası penalti seriyasında “Liverpul”u məğlub edərək (3:2) kuboka sahib çıxıb. Oyundan sonra “Kristal Pelas”ın bir neçə azarkeşi sosial şəbəkələrdə Dinin barda 1000 funt sterlinq dəyərində içkilərinin pulunu ödədiyini iddia edib.
Sosial şəbəkələrdə “Din Henderson indicə “The Alsopp Arms”a daxil oldu və hamımızın içməsi üçün barda 1000 funt sterlinq qoydu. Əfsanə! Təşəkkür edirik” kimi bir şərhə də rast gəlinib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta