AZ

"Barselona"da gərginlik: Rəhbərlikdən onun satılmasını istədi

“Barselona”nın yarımmüdafiəçisi Qavi ilə komanda yoldaşı Fermin Lopes arasında qarşıdurma baş verib.

Publika.az xəbər verir ki, nəticədə Qavi Kataloniya klubunun rəhbərliyindən həmkarını satmağı xahiş edib. Bu barədə "Sport.es" məlumat yayıb.

Mənbəyə görə, Qavi ilə Lopes arasındakı problemlər onların sevgililəri arasındakı gərginlikdən qaynaqlanıb. Bildirilir ki, futbolçuların tərəfdaşları heç vaxt yaxşı münasibətdə olmayıb, amma indi bu gərginlik oyunçulara da keçib.

Qavi yaxınlarda ad günü keçirib, lakin Lopes onu təbrik etməyib. Bundan sonra o klubda nüfuzlu olan Alehandro Eççeveriyaya müraciət edərək Fermin Lopesin satış siyahısına salınmasını xahiş edib.

Qavinin bu xahişi Lopesə çatıb və bu, hücum yarımmüdafiəçisinin “maskalı pis və qorxaq insanlar” barədə yazdığı son paylaşımın səbəbi olub.

Seçilən
8
publika.az

1Mənbələr