AZ

Qafar Çaxmaqlı: "Vaşinqton bəyannaməsi Cənubi Qafqazda davamlı sülhün əldə olunmasında tarixi addımdır"

"Vaşinqton görüşündə əldə olunan razılaşmalar, Azərbaycan-ABŞ-Ermənistan Birgə Bəyannaməsi Cənubi Qafqazda davamlı sülhün əldə olunmasında, şübhəsiz, tarixi bir addımdır".
 
Moderator.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı deyib.
 
Onun sözlərinə görə, Tramp Amerikasını bu gün geosiyasi mübarizənin qalibi hesab etmək olar:
 
"Bu gedişatda Rusiya və İranın yerinə ABŞ-nin bölgəyə yerləşməsinin şahidi oluruq. Amma bunun regionda gərginliyin aradan qaldırılmasına nə dərəcədə təsir edəcəyini indidən söyləmək çətindir. Rusiya ilə İrandan verilən son mesajlar Tehranla Moskvanın bu durumu qəbul etmədiyini göstərir".
 
Q.Çaxmaqlı Vaşinqtonda əldə olunan razılaşmaların ardıcıllıqla icra olunacağı təqdirdə region ölkələrinin sülh və sabitlik şəraitində inkişafı üçün ciddi perspektivlər açılacağını söyləyib:
 
"Ermənistan buna daha çox ümid edir. Baş nazir Paşinyan da bu razılaşmanı böyük uğur kimi qələmə verərək bildirib ki, ABŞ-nin patronajlığında əldə olunan sülh Ermənistanın təhlükəsizliyinə zəmanətdir. Ermənistanın ictimai rəyində Vaşinqton razılaşmaları “nəfəs almaq imkanı” olaraq dəyərləndirilir".
Seçilən
65
50
moderator.az

10Mənbələr