AZ

Neftçala Sənaye Məhəlləsində məhsul istehsalı 4 dəfədən çox artıb (FOTO)

Bakı. Trend:

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olanNeftçala Sənaye Məhəlləsində hazırda investisiya portfeli 63 milyonmanatdan çox olan 6 sahibkarlıq subyektinə rezidentlik statusuverilib, bunlardan 5-i fəaliyyət göstərir. Sahibkarlar tərəfindənbugünədək görülən işlərə 50 milyon manata yaxın investisiyayatırılıb, 300 nəfərdən çox daimi iş yeri yaradılıb.

İZİA-dan Trend-ə bildirilib ki, Neftçala Sənaye Məhəlləsiölkəmizdə investisiya mühitinin yaxşılaşdırılması, yeni işyerlərinin yaradılması ilə yanaşı, həmçinin qeyri-neft sənayesiməhsullarının istehsalının artırılmasında və ixracınıngenişləndirilməsində mühüm rol oynayır.

Qeyd edilib ki, indiyədək Neftaçala Sənaye Məhəlləsinininrezidentləri tərəfindən 230 milyon manatlıq məhsul satışı həyatakeçirilib, bunun da 1,8 milyon manatlıq hissəsi ixracın payınadüşür.

"2025-ci ilin I yarısında Sənaye Məhəlləsində 19 milyon manatlıqməhsul istehsal edilib ki, bu da ötən ilin analoji dövrü iləmüqayisədə 4 dəfədən çoxdur.

Qeyd edək ki, Neftçala Sənaye Məhəlləsi dövlət başçısının 2fevral 2015-ci il tarixli Sərəncamı ilə yaradılıb və 2017-ci ilin24 sentyabrında fəaliyyətə başlayıb. Sənaye Məhəlləsinin əsasfəaliyyət istiqamətləri balıqçılıq, qida sənayesi, avtomobil, yemistehsalı və s. sahələr üzrə müəyyənləşdirilib.

Neftçala Sənaye Məhəlləsində sahibkarlıq fəaliyyətinin inkişafetdirilməsi üçün əlverişli investisiya mühiti yaradılıb. Belə ki,rezidentlər dövlət vəsaiti hesabına təchiz edilmiş hazırinfrastrukturla, həmçinin mövcud tikinti sahələri ilə təminedilirlər. Bundan başqa sənaye məhəllələrinin rezidentləriİqtisadiyyat Nazirliyindən təşviq sənədi əldə etməklə 7 ilmüddətinə bir çox vergi və gömrük güzəştlərindən faydalanabilərlər", - məlumatda deyilir.

Neftçala
Neftçala
Neftçala
Neftçala
Neftçala
Neftçala
Neftçala
Neftçala
Neftçala
Neftçala
Neftçala
Seçilən
11
11
az.trend.az

10Mənbələr