
Rusiya müəllimlərinə tövsiyə edilib ki, miqrant uşaqları olan məktəblərdə təhsil alan şagirdlərin söylədiklərinə diqqət yetirsinlər və onların hüquq pozuntularına mümkün meyilliliyini müəyyən etsinlər. Bu barədə “Vedomosti” qəzeti Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyinin birgə hazırladığı metodiki tövsiyələrə istinadən məlumat verir.Sənədə əsasən, müəllimlər yazılı işlərdə tarix yaddaşına, ənənəvi Rusiya dəyərlərinə və dövlət rəmzlərinə laqeyd yanaşmanı əks etdirən fikirlərə diqqət yetirməlidirlər. Həmçinin, müəllimlər “Vacib mövzularda söhbətlər” dərslərinin məzmununa miqrant uşaqların reaksiyasını izləməli və siyasi, sosial və dini mövzulara aid kəskin fikir və dözümsüzlük ifadə edən danışıq sayının qəfil artdığı hallar qeydə alınmalıdır.Daha dolğun məlumat əldə etmək üçün müəllimlərə anonim sorğular keçirmək və şagirdlərlə qeyri-rəsmi şəraitdə fərdi söhbətlər aparmaq təklif olunur.Ulusum.az
Diqqət Çəkənlər
Rusiyada Şimali Koreyalı İşçilərə “Qul” Kimi Münasibət
Şahmar Ələkbərovun vəfatının 33-cü ildönümü qeyd olunur
Senator Adam Şiff Tramp əleyhinə gizli məlumat sızdırıb