AZ

Binəqədidə növbəti kanalizasiya PROBLEMİVİDEO

Binəqədi qəsəbəsinin Bakı 2015 küçəsində kanalizasiya sularının küçəyə axması sakinlərin narazılığına səbəb olub. 

Sakinlər "Xəzər Xəbər"ə bildirib ki, kanalizasiya demək olar hər gün daşır, hər gün də müvafiq qurumun əməkdaşları bir neçə dəfə gəlib tutulmuş borunu açmağa çalışırlar. Lakin bu tərəfi açanda başqa bir tərəfdən çirkab sular axmağa başlayır. Onların sözlərinə görə, bu vəziyyət uzun müddətdir davam edir və əsas səbəb kanalizasiya sisteminin köhnəlməsidir. Belə vəziyyət həm antisanitariya yaradır, həm də ətrafa pis qoxu yayılır.

Xezerxeber.az mövzu ilə bağlı qısa videomaterialı təqdim edir.

Daha ətraflı video material “Xəzər Xəbər” in 21:00 buraxılışında təqdim olunacaq.

Seçilən
4
xezerxeber.az

1Mənbələr