Biz bu müharibəyə son qoymalıyıq. Vicdanlı sülh naminə Rusiyaya təzyiq etməliyik.
Publika.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.
Zelenskinin sözlərinə görə, o, son günlər tərəfdaşları və müttəfiqləri ilə 30-dan çox məsləhətləşmələr keçirib: "Ukrayna tərəfdaşları ilə birlikdə öz təcrübəsindən istifadə edərək Rusiyanın onları aldatmasının qarşısını alır".
Onun sözlərinə görə, hələlik Rusiyanın müharibəni bitirməyə hazırlaşdığına dair heç bir əlamət yoxdur. “Bizim əlaqələndirilmiş səylərimiz və birgə addımlarımız - Ukrayna, ABŞ, Avropa, sülh istəyən bütün ölkələr - şübhəsiz ki, Rusiyanı sülhə vadar edə bilər”, - Zelenski əlavə edib.