AZ

Yoahim Lyov Özbəkistanın təklifinə yekun cavab verib

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Almaniyalı futbol mütəxəssisi Yoahim Löv tarixində ilk dəfə dünya çempionatına vəsiqə qazanan Özbəkistan millisinə rəhbərlik etməkdən imtina edib.

Oxu.Az xəbər verir ki, bu barədə Almaniyanın məşhur "Bild" nəşri məlumat yayıb.

Mənbə yazır ki, Y.Lövlə Özbəkistan Futbol Assosiasiyasının nümayəndələri arasında danışıqlar Özbəkistanın Berlindəki səfirliyinin vasitəsilə aparılıb, lakin bir neçə günlük müzakirələrdən sonra 65 yaşlı alman təklifdən imtina etmək qərarına gəlib.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 9-dan iyulun 19-dək ABŞ, Kanada və Meksikanın birgə təşkilatçılığı ilə keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
oxu.az

1Mənbələr