Bakı. Trend:
Azərbaycanın aparıcı korporativ maliyyə institutu "PAŞA Bank"ASC-nin emitenti olduğu, illik gəlirliliyi 10,5%-ə qədər, tədavülmüddəti 12 ay olan istiqrazların yerləşdirilməsinə 14 avqust2025-ci il tarixində başlanılacaq.
Yerləşdirmə müddəti başlama tarixindən etibarən 7 (yeddi) işgünündən çox olmamaq şərti ilə tamamlanacaqdır. Buraxılışçərçivəsində 40 000 ədəd təminatsız, sənədsiz və adlı istiqraztədavülə buraxılır. Hər bir istiqrazın nominal dəyəri 1 000 AZN,minimal investisiya məbləği isə 10 000 AZN təşkil edir.
Emissiyanın əsas anderrayteri "PAŞA Kapital", digəranderrayterləri isə "Unicapital" və "CPM Investment Company"investisiya şirkətləridir.
Ətraflı məlumat və istiqrazların baza emissiya prospektininyekun şərtləri ilə tanış olmaq üçün: https://www.pashabank.az/securities/lang,az/