AZ

Şamaxı nı da ilk altılıq da görməyimiz mümkündür Füzuli Məmmədov

ain.az bildirir, Fanat saytına əsaslanaraq.

Avqustun 15-də Misli Premyer Liqasında yeni mövsüm başlayacaq. Tanınmış məşqçi, son iş yeri ötən mövsümün sonunda vidalaşdığı "Mingəçevir" olan Füzuli Məmmədovla əlaqə saxlayıb hansı komandaların yüksək hədəflər uğrunda mübarizə aparacaqlarını güman etdiyini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Premyer Liqa klublarının Qəbələdə keçirdiyi 6 yoxlama oyununu canlı izlədim. "Sumqayıt", "Qəbələ", "Kəpəz", "Şamaxı", "Karvan-Yevlax" və "İmişli" barədə əməlli-başlı informasiyam var. Əksəriyyətinin heyətində ciddi dəyişikliklər var. Ən az dəyişən "Şamaxı" və "Qəbələ"dir. Qəbələdəki sınaq matçlarında gördüyüm bu komandaları çempionat ərzində son 6 pillədə görəcəyimizi düşünürəm. Adlarını çəkdiyim kollektivlərdən "Sumqayıt" və "Şamaxı" daha yuxarı pillələrə də can ata bilərlər. Hər ikisinin sıralarında maraqlı futbolçular var.

"Qarabağ", "Zirə", "Araz-Naxçıvan", "Sabah", "Turan Tovuz" və "Neftçi" isə böyük ehtimalla, avrokuboklara vəsiqə uğrunda mücadilə edəcəklər. Məncə, büdcəsi və heyətindəki oyunçuların fərdi keyfiyyəti ilə seçilənlərdən hansınınsa işi planauyğun getməsə, "Şamaxı"nı da ilk "altılıq"da görməyimiz mümkündür. Bir-iki turdan sonra bu haqda daha dolğun fikirlər səsləndirmək olar".

Nihat

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
1
fanat.az

2Mənbələr