AZ

Kənd Təsərrüfatı Nazirliyi binasının şüşələrini 248 min manata təmizlətdirəcək

BAKI, 13 avqust. TELEQRAF

Kənd Təsərrüfatı Nazirliyi inzibati binasında təmizlik, fasad şüşələrinin yuyulmasına 247min 970 manat xərcləyəcək.

Teleqraf xəbər verir ki, qurum müvafiq işlərin həyata keçirilməsi üçün tender elan edib və podratçı təşkilat axtarışındadır.

Qeyd edək ki, namizədlər təkliflərini təqdim etmək üçün 350 manat iştirak haqqı ödəməlidirlər.

Təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi isə 5 sentyabr olaraq müəyyən edilib.

Seçilən
90
7
teleqraf.com

8Mənbələr