AZ

“Neftçi” komandasının mövsümə hazırlığı yüksək səviyyədə keçib

“Neftçi” komandasının mövsümə hazırlığı yüksək səviyyədə keçib.

“Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Neftçi”nin baş məşqçisi Samir Abasov deyib.

Mütəxəssis komandada vəziyyət yaxşıdır. Hazırlığımız yüksək səviyyədə keçib. Çempionatdakı təzyiqi anlayırıq. Adımız hədəfdir. Adımıza görə oynayacağıq. Bu hədəflə oynasaq, mövsümün sonunda istədiyimizə çatacağıq”.

O, heyətdə çox dəyişiklik etdiklərini söyləyib: “Bu təsirsiz ötüşməyəcək. Hər şeyin yaxşı olacağına inanırıq. Məncə, yaxşı və keyfiyyətli oyunçuları heyətə cəlb etmişik”.

Abasovun fikrincə çempionatda üç komandanıb Şamaxıda oynaması onları həddindən artıq narahat edir.

O, transfer işlərinij hələ də davam etdiyini sözlərinə əlavə edib.

Qeyd edək ki, Misli Premyer Liqasında 2025/2026 mövsümünə avqustun 15-də start veriləcək. “Neftçi” avqustun 16-da, saat 20:00-da “Şamaxı”nı qəbul edəcək.

Seçilən
79
3
report.az

6Mənbələr