ain.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ötən il Azərbaycanda 11 844 şəxs İnsanın immunçatışmazlığı virusunun (İİV) törətdiyi xəstəliklə tibb müəssisələrində qeydiyyatda olub.
Yenisabah.az xəbər verir ki, bu barədə “Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti” statistik məcmuəsində qeyd olunub.
Məlumata əsasən, 2023-cü ildə bu göstərici 10 692 nəfəri təşkil edib. Marqarita pizza
Bununla yanaşı, ötən il 1 152 nəfərdə ilk dəfə İİV aşkarlanıb. 2023-cü ildə isə bu rəqəm 886 nəfəri əhatə edib.
Məcmuədə qeyd olunub ki, 2024-cü ildə 18 yaşına çatmamış 3 nəfərdə İİV aşkarlanıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.