Olaylar xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
"Qəbul olunan şəxslər https://portal.edu.az/ platformasında "Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı" xidmətini seçməklə müraciət edə bilərlər.
Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür", - deyə əlavə edilib.
Qeyd edək ki, elektron sistem üzrə qeydiyyat 22 avqust saat 18:00-da başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31