AZ

Rusiyanın muxtar dairəsindən 40-a yaxın azərbaycanlı deportasiya edilib

Rusiyanın Xantı-Mansi Muxtar Dairəsində 40-a yaxın azərbaycanlı deportasiya edilib.

Oxu.Az-ın ura.ru-ya istinadla verdiyi məlumata görə bu barədə qurumun rəsmi saytında məlumat verilib.

Bildirilib ki, 2025-ci ilin yeddi ayı ərzində miqrasiya qaydalarını pozduqlarına görə məhkəmə icraçıları 228 xarici vətəndaşı Rusiyadan çıxarıb - 61 tacikistanlı, 75 özbəkistanlı, 23 qırğızıstanlı, 39 azərbaycanlı, həmçinin 16 çinli, dörd qazaxıstanlı, ikisi Ermənistandan, ikisi Belarusdan, ikisi Kubadan, biri Türkmənistandan və biri Kamerundan olan vətəndaşlar ölkələrinə göndərilib.

Onların hamısı ölkə ərazisində qanunsuz əsaslarla qalıb. Əcnəbilərin hamısı qalma rejimini pozduqlarına görə cərimələnib, daha sonra məhkəmə onların inzibati qaydada ölkədən çıxarılması barədə qərar qəbul edib.

Seçilən
38
2
demokrat.az

3Mənbələr