AZ

"Qalatasaray" Barış Alper Yılmazla bağlı qərarını verdi

“Qalatasaray” Barış Alper üçün NEOM-un təkliflərini rədd edib.

Fanat.az xəbər verir ki, Səudiyyə Ərəbistanının NEOM klubu “Qalatasaray”ın futbolçusu Barış Alper Yılmaz üçün 15 və 20 milyon avro olmaqla iki rəsmi təklif göndərib.

Bu barədə məlumatı türkiyəli jurnalist Yağız Sabuncuoğlu yayıb.

Hər iki təklif İstanbul təmsilçisi tərəfindən rədd edilib.

NEOM-un yaxın günlərdə 3-cü təklifini hazırlayaraq “Qalatasaray”a təqdim edəcəyi bildirilir.

Qeyd edək ki, klub futbolçunu daha bir mövsüm heyətində saxlamaq niyyətindədir.

Kamil Xudiyev

Seçilən
4
1
fanat.az

2Mənbələr