BAKI, 13 avqust. TELEQRAF
Volodimir Zelenski Rusiya və ABŞ prezidentləri -Vladimir Putin, Donald Tramp arasında Alyaskada danışıqların əsas nöqtəsinin atəşkəs olacağına ümid etdiyini bildirib.
Teleqraf xəbər verir ki, bunu Ukrayna lideri Zeelenski ABŞ prezidenti Donald Trampın da iştirak etdiyi Avropa ölkələrinin dövlət və hökumət başçılarının Ukrayna ilə bağlı videokonfransının yekunu üzrə Almaniya kansleri Fridrix Mertslə birgə mətbuat konfransında bildirib.
"Biz Alyaskada görüş haqqında danışdıq. Ümid edirik ki, danışıqların əsas məqamı atəşkəs olacaq", - vurğulayıb.
Qeyd edək ki, onlayn görüş Merzin təşəbbüsü ilə Zelenskinin gəldiyi Berlindəki Almaniya Federal Kansleri binasında keçirilib.