Fanat saytından alınan məlumata görə, ain.az bildirir.
"Araz-Naxçıvan"ın sabiq müdafiəçisi Mohammed Kadiri yenidən Azərbaycanda oynamağa yaxındır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, qanalı oyunçu 1-ci Liqa təmsilçisi "Mingəçevir"lə razılığa gəlib.
Aran klubunun afrikalı futbolçunun sosial şəbəkə hesabını təqib etdiyi də faktdır.
Kadiri karyerasına vətənində "Aşanti Qold"da başlayıb. Onun Avropa karyerası yetərincə zəngindir. Dayaq yarımmüdafiəçisi mövqeyində də oynaya bilən Mohammed "Araz-Naxçıvan"la yanaşı, müxtəlif vaxtlarda "Austriya" (Vyana, Avstriya), "Arsenal" (Tula, Rusiya), "Dinamo" (Kiyev, Ukrayna), "Çernomorets" (Ukrayna) və "Honved"də (Macarıstan) top qovub. 29 yaşlı futbolçu son olaraq Hindistanın “Mohammedan” klubunun formasını geyinib.
Mirağa
Abunə Ol
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.