Bakı. Trend:
İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamirİsrailin Qəzza zolağına hücum planını təsdiqləyib.
Trend xəbərverir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü"Telegram"da məlumat yayıb.
“Eyal Zamir bu gün iclas keçirərək, İsrail ordusunun Qəzzazolağında əməliyyat planının əsas prinsiplərini təsdiqləyib”, -deyə məlumatda qeyd olunub.
Həmçinin, Zamir vurğulayıb ki, İsrail komandanlığı qoşunlarındöyüş hazırlığını artırmaqda davam etməli və “növbətiəməliyyatlara” hazırlaşmalıdır.