AZ

Şamaxıda dəhşətli QƏZA: Bir nəfər həyatını itirdi, üç azyaşlı XƏSARƏT ALDI

Şamaxıda ağır yol qəzası baş verib.

Bizim.Media xəbər verir ki, hadisə saat 12 radələrində rayonun Çöl Göylər kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
 

Nəticədə nəqliyyat vasitəsində olan sərnişin, 23 yaşlı Leyla Qasımova aldığı xəsarətlərdən ölüb, eləcə də 3-ü azyaşlı olmaqla 5 nəfər xəsarət alıb.


DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Bizim.Media

Seçilən
11
18
bizim.media

10Mənbələr