AZ

Ancelina Coli ABŞ-ni tərk etməyə hazırlaşır


50 yaşlı aktrisa və rejissor Ancelina Coli xaricə köçmək üçün Los-Ancelesdəki məşhur malikanəsini satışa çıxarmağı planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ulduza yaxın mənbəyə istinadən PEOPLE məlumat yayıb.
İnsayderin sözlərinə görə, Coli heç vaxt Los-Ancelesdə yaşamaq istəməyib, lakin keçmiş əri Bred Pittlə paylaşdığı uşaqlar üçün qəyyumluq tənzimləmələri səbəbindən şəhərdə qalmağa məcbur olub.
Səkkiz illik məhkəmə çəkişməsinə son qoyan və 2024-cü ilin dekabrında boşanmalarını yekunlaşdıran cütlük altı uşaq böyüdür.
Mənbə əlavə edir ki, aktrisa gələn il Knoks və Viviyen yetkinlik yaşına çatdıqdan sonra dərhal köçməyi planlaşdırır. O, bir neçə xaric variantını nəzərdən keçirir.
Köçəndən onra Coli 2002-ci ildə böyük oğlu Maddoksu övladlığa götürdüyü Kambocada çox vaxt keçirməyi və bütün dünyadakı qohumlarını ziyarət etməyi planlaşdırır. Fevral ayında Santa Barbara Film Festivalında aktrisa etiraf etdi ki, Kamboca həqiqətən vətəni hesab etdiyi yeganə yerdir.
Seçilən
38
15
yeniavaz.com

10Mənbələr